“Yoluxma daha da arta bilər” - ÜST


“Koronavirusun yeni omikron ştammı ciddi nəticələrə səbəb olan xəstəliyin yayılmasına gətirib çıxara bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiyanın yayılması ilə mübarizə üçün prioritet tədbirlərin siyahısını dərc edərək bildirib.
ÜST qeyd edib ki, omikron ştammı çoxlu sayda mutasiyaların olması ilə xarakterizə olunur və bu, artıq yaradılmış vaksinlərin nə dərəcədə effektiv ola biləcəyi sualını ortaya çıxarır:
“Bu xüsusiyyətlərdən asılı olaraq, COVID-19-a yoluxma hallarında artımalar baş verə bilər ki, bu da ciddi nəticələrə səbəb ola bilər. Yeni omikron ştammı ilə bağlı ümumi qlobal risk çox yüksək qiymətləndirilir”.
ÜST koronavirusun yeni ştammının yaranması ilə əlaqədar ölkələri əhali arasında peyvəndləmənin tempini sürətləndirməyə çağırıb.
ÜST bildirib ki, yeni növ koronavirusa yoluxma halları COVİD-19 əleyhinə peyvəndin tam kursunu tamamlamış insanlarda qeydə alına bilər.

DİGƏR XƏBƏRLƏR

Top