Kimya üzrə Nobel mükafatı laureatı, türk əsilli Əziz Səncər Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak etmək üçün Azərbaycana gəlir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İqtisad Universiteti məlumat yayıb. Bildirilib ki, Əziz Səncər dekabrın 2-də tədbirin “Post-pandemiya dövründə elm və təhsil” adlı II panelində çıxış edəcək.
Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi “Zəfər Yolu”dur. Eyni zamanda Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr və gənc alimlərin və Beynəlxalq Elm Olimpiadaların qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər nəzərdə tutulub.