Saakaşvili məhkəməyə gətirildi, qarşıdurmalar yaşanır - VİDEO


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq Tbilisi şəhər məhkəməsinə gətirilib.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə binasının qarşına xeyli sayda Saakaşvilinin tərəfdaşı toplaşıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları Mixail Saakaşviliyə dəstək aksiyası üçün Tbilisi şəhər məhkəməsi qarşısında toplaşan nümayişçiləri dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə etməyə başlayıblar.
Məhkəmə binası qarşısında vəziyyət bir neçə etirazçının Gürcüstan və Ukrayna bayraqları ilə məhkəmə binasının yaxınlığındakı hasara dırmaşaraq “Mişa!” deyə qışqırmağa başlamasından sonra gərginləşib.
Polis dəfələrlə onlardan aşağı enmələrini istəsə də, mühafizəçilərin tələblərinə tabe olmayıblar və bundan sonra əlbəyaxa dava düşüb.
Polis etirazçıları məhkəmə həyətinin girişindən bir neçə metr geriyə çəkə bilib.
Qeyd edək ki, Saakaşvili bu gün penitensiar xidmətinin əməkdaşları tərəfindən 2007-ci il noyabrın 7-də keçirilən mitinqin sərt şəkildə dağıdılması işi üzrə məhkəmənin keçiriləcəyi Tbilisi şəhər məhkəməsinə gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top