Azərbaycanda polis rəisin otağında bıçaqlandı - TƏFƏRRÜAT


Şirvan şəhərində izahat alan polis əməkdaşı bıçaqlanıb.

Yeniavaz.com “Kriminalqafqaz”a istinadla xəbər verir ki, hadisə şəhərin F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədəki Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəvəfocun iş otağında baş verib.
Qəsəbədə istilik sisteminin verilməməsi barədə sakinlər arasında arazı fikirlər yaratması haqda məlumat əsasında 1988-ci il təvəllüdlü Xəqani Əliyev izahatın alınması üçün ora dəvət olunub. 
Həmin zaman X.Əliyev Şirvan Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı 1985-ci il təvəllüd Emin Budaqovun əlindən bıçaqla vuraraq xəsarət yetirib. 
Xəqani Əliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top