Saakaşvili məhkəməyə aparılıb


Gürcüstan Ədliyyə Nazirliyinin xüsusi penitensiar xidmətinin əməkdaşları eks-prezident Mixail Saakaşvilini 2007-ci il noyabrın 7-də keçirilən mitinqin sərt şəkildə dağıdılması işi üzrə məhkəmənin keçiriləcəyi Tbilisi şəhər məhkəməsinə aparıblar.
Yeniavaz.com
xəbər verir ki, Saakaşvilinin məhkəməyə gəlişini əks etdirən görüntüləri Gürcüstanın “TV Pirveli” telekanalı canlı yayımlayıb.
Bildirilir ki, Saakaşvili məhkəmənin başlamasına bir neçə saat qalmış müalicə aldığı Qori şəhərindəki hərbi hospitaldan çıxarılıb.
Saakaşvili işi istisna olmaqla, məhkəmə binasında bütün proseslər ləğv edilib.
Qeyd edək ki, Saakaşvilinin məhkəmə marşrutu Gürcüstan Xüsusi Təyinat Departamentinin əməkdaşları, polis qüvvələri, helikopterlər və s. ilə müşayiət olunub.

DİGƏR XƏBƏRLƏR

Top