Bakıda daha bir məktəbdə əyani tədris bərpa olundu


Paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

DİGƏR XƏBƏRLƏR

Top