Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO


Prezident İlham Əliyev ötən gün Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasından sonra jurnalistlərə açıqlamalar verib.
Yeniavaz.com
xəbər verir ki, bu zaman iranlı jurnalist prezidentə sualını Azərbaycan dilində ünvanlayıb.
Prezident cavabında hər iki ölkə arasındakı əlaqələrdən və imzalanan sazişin əhəmiyyətindən danışıb:
“Görüş çox yaxşı keçdi, yaxşı söhbət etdik. Dost, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında çox yaxşı söhbət etdik. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir.Bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Sənəd də imzalandı. Bunun çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, çox gözəl üçtərəfli əməkdaşlıq üçün də zəmindir və bizim niyyətimizi göstərir. Bu, imzalanmış sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var”.

DİGƏR XƏBƏRLƏR

Top