Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında ölüb


Gürcüstanın Dmanisi rayonu yaxınlığında ağır yol qəzası baş verib.
Hadisə zamanı minik avtomobili və yük maşını toqquşub.
Nəticədə minik maşınında olan 4 nəfər hadisə yerində ölüb. Həmin şəxslər kişi, onun oğlu, gəlini və nəvəsi olmaqla bir ailənin üzvləridir.
Azərbaycanlı ailə Dmanisinin Səfərli kəndində yaşayıb.
Qəzanın səbəbinin araşdırılması istiqamətində istintaq aparılır. //report.az

DİGƏR XƏBƏRLƏR

Top