Mingəçevir məktəbliləri beynəlxalq müsabiqədə medal qazanıblar


26 noyabr 2021-ci il tarixində Türkiyənin İzmir şəhərində “BUCA IMSEF-2021 Beynəlxalq Elm Müsabiqəsi”nin qaliblərinin onlayn mükafatlandırılması tədbiri keçirilib. 
Yeniavaz.com
xəbər verir ki, bu beynəlxalq əhəmiyyətli elmi layihə müsabiqəsinə qatılan dünyanın 27 ölkəsindən 167 layihənin seçildiyi final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət -Riyaziyyat Humanitar elmlər təmayüllü liseyin şagirdi Həsənli Rəsul Zaur oğlu və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Musayev Taleh Valeh oğlu kimya fənni üzrə hazırladıqları innovativ layihə (AMEA Aşqarlar Kimyası İnstitutunun ideya dəstəyi ilə) təqdimatı ilə bürünc medala layiq görülüblər. 
Məlumat üçün bildirək ki, artıq ikinci dəfə təşkil olunan "BUCA IMSEF" beynəlxalq müsabiqənin əsas məqsədi orta məktəb şagirdlərini elmi və texnoloji tədqiqatlara həvəsləndirmək, dünyanın hər yerindən eyni yaş qrupundan olan gəncləri bir araya gətirmək, elmi və mədəni mübadilə etmək, onların bu sahədə inkişafına dəstək olmaqdır.
Onu da qeyd edək ki, Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəb artıq ikinci dəfədir ki, məktəblilərin beynəlxalq müsabiqəsinə qatılaraq böyük nailiyyətə imza atmaqla Azərbaycan təhsilini beynəlxalq səviyyədə layiqincə təmsil edir.
Xatırladaq ki, 2020-ci ildə sözügedən məktəbin yetirməsi Raya Həsənli “Tullantıdan möcüzəyə” adlı layihəsi ilə "BUCA IMSEF-2020" beynəlxlaq layihə müsabiqəsində gümüş medalla təltif edilmişdir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top