Daxili Qoşunların minaya düşən hərbçilərinin adları məlum oldu - YENİLƏNİB


Daxili Qoşunların Füzuli rayonunda minaya düşən hərbçilərinin adları bəlli olub.

Bununla bağlı  DİN-dən açıqlama verilib.
Bildirilib ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.
Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. //oxu.az

***14:48
Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.

***13:57
Azərbaycanın iki nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) minaya düşüb.
Yeniavaz.com
 oxu.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. 
Onlar hadisə zamanı xəsarət alıblar. Hər iki yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top