Şpris, pivə, məişət tullantıları... - Xudatın xarabaya çevrilən məscidi - VİDEO


Xaçmaz rayonunun Xudat şəhərində yerləşən məscid baxımsız vəziyyətdədir.
Yeniavaz.com
xəbər verir ki, məscidin bu vəziyyətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrları lentə alan şəxs, əvvəllər normal fəaliyyət göstərmiş ibadət ocağının uzun illərdir baxımsız vəziyyətdə olduğunu, həyətyanı sahəsinin bir hissəsinin satıldığını bildirib. Kadrlarda məscidin həyətinə və içinə xeyli tullantıların atıldığı, həmçinin istifadə olunmuş şpris və alkoloqollu içkilərin qalıntılarının qaldığı müşahidə olunur. Video sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və istifadəçilərin etirazlarına səbəb olub.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top