“Azərsu”dan abonentlərə xəbərdarlıq: Bu şəxslərə pul verməyin - VİDEO


Abşeronda özünü "Azərsu"nun əməkdaşı kimi təqdim edən şəxsi sakinlər ifşa ediblər. Əlində dəftər qələmlə obyektlərə yaxınlaşıb su sayğacları ilə maraqlan şəxsin əslində niyyəti başqa olub. Onun davranışlarından şübhələnən vətandaşlar su idarəsi ilə əlaqə saxlayıblar. Həmin şəxsin "Azərsu"ya heç bir aidyyətinin olmadığını öyrəniblər.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, sözügedən şəxs su sayğaclarına baxaraq vətəndaşlardan pul istəyib. Hadisə Abşeronda Masazır kəndində qeydə alınıb.

Özünü Rəşad Əsgərov kimi təqdim edən bu şəxs Abşerona işləmək üçün gəldiyini deyir. Sonra əlinə dəftər qələm alaraq obyektlərə yaxınlaşıb, su sayğacları ilə maraqlanıb. Onun davranışlarından şübhələnən vətandaşlar su idarəsi ilə əlaqə saxlayıblar. Bundan sonra həmin şəxsin "Azərsu"ya heç bir aidiyyətinin olmadığını öyrəniblər.

Vətəndaşlar belə hallarla əvvəllər də qarşılaşdıqlarını deyirlər.

Məsələyə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllı da münasibət bildirib. O vətəndaşlara xəbərdarlıq edib və belə şəxslərə heç bir halda pul verməməyə çağırıb.

 

DİGƏR XƏBƏRLƏR

Top