Böyük Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halı qeydə alınıb.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Sajid Cavid bildirib.
O, həmin şəxslərin izolyasiya olunduqlarını qeyd edib.
Nazir yeni ştammın aşkarlandığı ərazilərdə məqsədli testlərin aparılacağını da diqqətə çatdırıb.
“Bu, göstərir ki, pandemiyanın bitməsinə hələ çox var”, - o vurğulayıb.