İranlı TIR sürücüsü Xaçmazda qəzaya düşüb

Xaçmazda yol qəzası olub.

Hadisə Gəndob-Xaçmaz-Rusiya magistral yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. TIR-la “VAZ-2106” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində TIR-ın sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 1982-ci il təvəllüdlü Roxrsanavoz Mehri Hüseyn Bəhram oğlu və “VAZ-2106”nın sürücüsü Salayev Çingiz Ağayar oğlu xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /Report

DİGƏR XƏBƏRLƏR

Top