Əvəz Həsənov dəfn edilidi - FOTOLAR


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Biləcəri qəbiristanlığında dəfn olunub.

Yeniavaz.com qht.az-a istinadən xəbər verir ki, mərhumun 7-ci mikrorayonda yerləşən evinin önündəki cənazə namazında və qəbiristanlıqdakı dəfn mərasimində mərhumun doğmaları ilə yanaşı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, deputat Azay Quliyev, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Novella Cəfəroğlu, Mehriban Zeynalova, Səidə Qocamanlı, Dilarə Əfəndiyeva, Hafiz Həsənov, Mirəli Hüseynov, Zaur İbrahimov və başqaları iştirak ediblər.

Qeyd edək ki, 50 yaşlı Ə.Həsənov noyabrın 26-da ürəktutmadan vəfat edib.







 

DİGƏR XƏBƏRLƏR

Top