Dövlət Nəzarət Şurası (DDK) prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə “valyuta bazarında manipulyasiya” iddialarını araşdırmaq üçün hərəkətə keçib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan DDK-ya məzənnə ilə bağlı manipulyasiya olub-olmadığını araşdırmaq, varsa məsələni lazımi yerlərə çatdırmaq və müvafiq qurumlarla iş aparmaq tapşırıb.
Təlimat əsasında hərəkət edən DDK valyuta məzənnələrində manipulyasiya olub-olmadığını müəyyən etmək üçün müvafiq qurumlardan məlumat və sənədlər tələb edə biləcək.
Araşdırmanın sonunda hazırlanacaq hesabat lazımi tədbirlər görülməsi üçün əlaqədar qurumlarla paylaşılacaq.