Valideyn uşağa nə vaxt mobil telefon almalıdır?


Texnologiyanın inkişaf etdiyi bir dövrdə uşaqları texnoloji vasitələrdən uzaq tutmaq bir qədər mümkün deyil. Bura, ilk növbədə smartfonlar daxildir. Bəs uşağa mobil telefon almaq üçün ən uyğun zaman nə vaxtdır?
Yeniavaz.com xəbər verir ki, aparılan araşdırmaların nəticələrinə görə, 9 yaş və 9 yaşdan aşağı uşaqlar üçün interneti olmayan mobil telefondan istifadə etmək ən uyğun variantdır. İnterneti olan telefonları almaq üçün isə 11 və ya 12 yaşından sonra gözləmək lazımdır. Bu halda da uşaqların mobil telefon nömrələri, şəkilləri kimi şəxsi məlumatlar qorunmalıdır. Bundan əlavə, internetə filtr sistemi də tətbiq edilməlidir. Yəni uşaqların zərərli məlumatlara birbaşa daxil olmasının qarşısı alınmalıdır.
Mobil telefonu aldıqdan sonra istifadə müddəti ilə bağlı uşaqla razılaşmaq vacib məsələlərdən biridir. Məsələn, siz uşağınıza yemək yeyərkən, ev tapşırığını yerinə yetirərkən və ya yatarkən smartfonlardan istifadə etməməli olduğunu bildirməlisiniz. Uşaqlara telefonlarını məktəbə aparmasına da icazə verilməməlidir. Çünki, uşaq dərs zamanı telefonla oynasa, dərslərindən yayına bilər.

 

DİGƏR XƏBƏRLƏR

Top