Babayan Ermənistanda casus proqramından necə istifadə edildiyini yazıb


Ermənistanın “Vətən” partiyasının Şura üzvü Arsen Babayan “Facebook” səhifəsində “Pegasus” casus proqramından istifadə edərək müxalifətçilərin telefonlarının dinlənilməsi məsələsinə toxunub.
Yeniavaz.com xəbər verir ki, o, casus proqramından necə istifadə edildiyinə dair öz qeydlərini paylaşıb.
“1. Adi zəng vasitəsilə. Bu zəngə cavab verməsəniz belə, telefonunuzda “Pegasus” proqramı quraşdırılır. Telefon tamamilə format edilsə belə, onu silmək mümkün deyil.
 2. Adi SMS vasitəsilə. Bu mesajı açmağınızdan və ya sadəcə silməyinizdən asılı olmayaraq SMS alan kimi, vəssalam, proqram işə düşür.
3. 1 və 2-ci bəndlərdə təsvir edilən metodlar “WhatsApp” tətbiqi vasitəsilə də həyata keçirilir”.
O bildirib ki, bununla mübarizə üçün real antivirus və ya başqa bir sistem yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top