Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana rəsmi səfərə gedib.
Yeniavaz.com xəbər verir ki, Ərdoğanla birlikdə bir sıra məmurlar da Türkmənistana yola düşüb.
Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə noyabrın 28-də “Gələcəklə birlikdə” mövzusunda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Liderlər Zirvə toplantısında iştirak edəcək.
Türkiyə prezidenti təşkilata sədrliyini Türkmənistan prezidenti Berdiməhəmmədova təhvil verəcək.
Qeyd edək ki, Ərdoğanın sammit çərçivəsində bəzi iştirakçı dövlətlərin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.