Gümrünün keçmiş merinin oğlu saxlanılıb


Ermənistanın hüquq-mühafizə orqanları Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyanın oğlu Spartak Qukasyanı saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan öz “Facebook” səhifəsində yazıb.
Spartak Qukasyanın adı müxtəlif cinayət hadisələrində dəfələrlə yer alıb. Bu dəfə o, 2021-ci il sentyabrın 17-də polis əməkdaşına zorakılıq tətbiq etməklə təqsirləndirildiyi üçün axtarışa verilib.
Keçmiş merin özü də bir cinayət işi üzrə ittiham olunur. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda təqsirləndirilir. Vardan Qukasyana olduğu yeri tərk etməmək barədə həbs-qətimkan tədbiri seçilib.
 

DİGƏR XƏBƏRLƏR

Top