ABŞ-ın əczaçılıq şirkəti “Moderna” koronavirusun yeni “Omicron” adlı variantına qarşı buster (gücləndirici) vaksinin hazırladığını bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Moderna”nın baş direktoru Stefani Bansel məlumat verib. O bildirib ki, koronavirusun “Omicron” ştammı ciddi narahatlıqlar doğurur.
“Bir neçə gündür ki, bu variantın həll edilməsi üçün strategiyamızı həyata keçirmək məqsədilə mümkün qədər sürətlə hərəkət edirik”