Ərdoğan lirənin ucuzlaşmasında xarici qüvvələri günahlandırır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin ucuzlaşmasının səbəbinin xarici qüvvələr olduğunu və uçot dərəcəsinin aşağı salınmasının davam edəcəyini vurğulayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ərdoğan İzmirdə çıxışı zamanı deyib.
O, xarici agentlərin hücumundan bəhs edib:
“Bu nisbət aşağı düşəcək! Xarici agentlər var, onlar bizə hücum edirlər, amma nə etsələr də, iqtisadi proqramımızdan əl çəkməyəcəyik”.
Xatırladaq ki, Türkiyə valyutası il ərzində, təxminən 40% ucuzlaşıb və noyabrın 23-də 1 dollar üçün 11,37 lirədən 13,21 lirəyə kimi ucuzlaşaraq yeni antirekord qeydə alınıb.
Qeyd edək ki, hazırda bir ABŞ dolları 12,43 lirədir.
 

DİGƏR XƏBƏRLƏR

Top