Qarabağda daha bir erməninin qalıqları tapılıb


Füzuli rayonunda axtarışlar zamanı daha bir erməninin qalıqları tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xankəndidəki separatçı rejimin təmsilçiləri məlumat yayıb.
Tapılanın şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.
Qeyd edək ki, Azərbaycan ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ümumilikdə 1702 nəfərin (hərbi və mülki şəxslər) meyiti və qalıqları aşkar edilərək Ermənistan tərəfinə təhvil verilib.
 

DİGƏR XƏBƏRLƏR

Top