Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiya yaradılacaq


"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq".

Yeniavaz.com xəbər verir ki, bu barədə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı Bəyanatda deyilir.

Bəyanatda deyilir: "11 yanvar 2021-ci il bəyanatına uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyi ilə bağlı yaradılan üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdik. Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq".

DİGƏR XƏBƏRLƏR

Top