Baş nazirdən tibb işçilərinin əməkhaqlarına əlavələrlə bağlı QƏRAR


Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək.
Qeyd edək ki, əvvəlki qərarla bu müddət 2021-ci il noyabrın 1-dək olan dövrü əhatə edirdi.

DİGƏR XƏBƏRLƏR

Top