Mədət Quliyev federasiya prezidenti seçildi - YENİLƏNİB


Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) hesabat-seçki konfransı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev federasiya prezidenti seçilib. O, keçmiş vergilər naziri Fazil Məmmədovu əvəzləyib.
F. Məmmədov toplantıda iştirak etməyib.
 

***16:10
Bu gün Azərbaycan Velosiped Federasiyasında hesabat-seçki konfransı keçiriləcək. 
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, müdafiə sənayesi naziri Mədət Quliyev federasiya Prezidentliyinə əsas namizəddir. 
Onun bugünkü seçkilərdə federasiya rəhbəri kimi təsdiqlənəcəyi gözlənilir. 
Qeyd edək ki, Azərbaycan Velosiped Federasiyasının son Prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2011-ci ildən 2018-ci ilə qədər Federasiyaya rəhbərlik edib. Artıq 3 ildir ki, sözügedən post boşdur.

DİGƏR XƏBƏRLƏR

Top