Bakıda 27 yaşlı qız 100 manata görə özünü yandırmaq istədi

Bakıda 27 yaşlı qız onun hesabına köçən puldan 100 manat əskik olduğu üçün özünü yandırmaq istəyib.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən “Modenis” (eManat) MMC-nin inzibati binasının qarşısında baş verib.

1994-cü il təvəllüdlü S.T. onun hesabına köçürülmüş pulun 100 manat əskik olmasına etiraz edərək binanın qarşısında yerə benzin tökərək özünü yandırmağa cəhd edib. Bu zaman şirkətin mühafizəçiləri müdaxilə edərək onun qarşısını alıblar.

Hadisə ilə bağlı Nərimanov RPİ 17-ci Polis Bölməsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top