Rəsmi Moskvadan Soçi görüşü barədə açıqlama


“Rusiya tərəfi ümid edir ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. O bildirib ki, hər iki ölkədə, Rusiyada, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlar kimi, Rusiya hökumətinin  gözləntiləri regionda çoxdan gözlənilən sülh və sabitliyin tezliklə bərqərar olmasıdır:
“Görüş bütövlükdə 2020-ci il 9 noyabr tarixində üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar”.
Nazir həmçinin bildirib ki, Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var. Onun sözlərinə görə, bu problemlərə nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası daxildir.

DİGƏR XƏBƏRLƏR

Top