Agentlik rəsmisi: “Hər yaralanma, hər xəsarət əlillik demək deyil”


"Əgər qaziyə əlillik dərəcəsi təyin edilməyibsə, deməli, onun sağlamlıq vəziyyəti ona əlillik dərəcəsi verilməsinə əsas vermir. Biz qanundan, dürüstlükdən kənara çıxa bilmərik. Hər yaralanma, hər xəsarət əlillik demək deyil".
Yeniavaz.com
"qafqazinfo"ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Şücaət Əliyev deyib O bildirib ki, əgər əlillik dərəcəsi təyin etmək qanuna uyğun deyilsə, verilmir, imtina qərarı verilir:
"Bəzən şəxs hesab edir ki, ona mütləq əlillik dərəcəsi təyin edilməlidir, halbuki hələ müalicə müddəti davam edir, müalicə müddəti bitməlidir ki, mülicənin nəticələri təhlil olunsun, əlillik dərəcəsi verilib-verilməyəcəyinə dair qiymətləndirmə aparılsın".

DİGƏR XƏBƏRLƏR

Top