Əli Kərimli Əli İnsanovla görüşüb - VİDEO


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovla görüşüb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əli İnsanovun feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, tərəflər Azərbaycanda mövcud olan ağır ictimai-siyasi durumu, regionda və dünyada baş verən hadisələri ətraflı müzakirə ediblə. Qeyd olunub ki, əksər məsələlərdə hər iki tərəfin mövqeyi üst-üstə düşüb, görüş qarşılıqlı anlaşma şəraitində keçib.
Görüşdə AXCP sədrinin müavini Seymur Həzi və HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli də iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top