“Bakı yenə İrəvanı qabaqladı” – Erməni KİV


“Bakı yenə İrəvanı qabaqlayıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.
Bildirilir ki, Rusiyada mədəndə baş verən partlayışla əlaqədar Azərbaycan Prezidenti dünən, Xarici İşlər Nazirliyi bu gün Rusiyaya başsağlığı verib. İlham Əliyevin başsağlığı məktubu həm Azərbaycan, həm də Rusiya mətbuatında dərc olunub. Nə Ermənistan baş nazirinin saytında, nə də Xarici İşlər Nazirliyinin saytında bu hadisə ilə bağlı Rusiyaya göndərilmiş hər hansı başsağlığı məktubu yer almayıb:
“Bu arada, Rusiya bizim üçün strateji müttəfiqdir. Üstəlik, indi xalqın dediyi kimi, 100% Rusiyaya baxırıq. İnsanlıq öz yerində, amma rəsmi başsağlığı da bu gün Soçidə keçiriləcək üçtərəfli görüş fonunda müəyyən bir jest, diplomatik addımdır. Bakı yenə İrəvanı qabaqladı. İndi İrəvandan başsağlığı verilsə belə, bu onsuz da “qazı bitmiş mineral su” effekti verəcək. İrəvanın bu yöndəmsiz iş tərzini nə qədər davam etdirəcəyi məlum deyil”.
Qeyd edək ki, Rusiyada mədəndə baş verən partlayış nəticəsində 52 nəfər həlak olub, daha 63 nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top