Ukraynada hərbi vəziyyət elan oluna bilər


Ukrayna Ali Radasının keçmiş deputatı, “Radikal Partiya”nın lideri Oleq Lyaşko bildirib ki, onda olan məlumata görə, Vladimir Zelenski dekabrın 1-dən ölkədə hərbi vəziyyət tətbiq etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Xalqın xidmətçisi” partiyasından deputat Oleq Seminski isə bildirib ki, Ukrayna hakimiyyəti hərbi vəziyyət rejimini yalnız genişmiqyaslı işğal halında tətbiq edəcək:
“Biz hamımız ümid edirik ki, bu baş verməyəcək, lakin panikaya düşməməli, ayıq başla hərəkət etməli və bunun həqiqətən baş verə biləcəyinə hazır olmalıyıq. Əgər bu baş verərsə, biz dövlət olaraq sona qədər mübarizə aparmalıyıq”.
Qeyd edək ki, müstəqillik illərində Ukraynada hərbi vəziyyət yalnız bir dəfə - 2018-ci ilin noyabrında tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top