"Hraparak": “Paşinyan Sünik rəhbərlərinə deyib ki, Azərbaycandan Naxçıvana yol təmin edilməlidir”


Nikol Paşinyan Sünik icmalarının rəhbərləri ilə görüşündə təkcə Sünikdən keçən yol dəhlizindən danışmayıb, həm də Qarabağla bağlı gözlənilməz bəyanat verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Qəzet yazır ki, Paşinyan Qarabağın Azərbaycan ərazisi olması fikrinə öyrəşməyə çağırıb:
“Otuz il özümüzü aldatmışıq və sonda bunlar baş verməli idi. Mənbələrimizin dediyinə görə, o, Qarabağın Azərbaycan ərazisi olması fikrinə öyrəşməyə çağırıb”.
Bildirir ki, məsələ ilə bağlı açıqlama almağa çalışsalar da, həm Tatev icmasının rəhbəri, həm Gorus şəhərinin vitse-meri sualı dinləməkdən və şərh verməkdən imtina edib.
Qeyd edilir ki, Paşinyan icma rəhbərlərinə yolları bağlamamağı məsləhət görüb:
“Paşinyan Sünik rəhbərlərinə deyib ki, biz yolları bağlamayaq. Sünikdən keçməklə Azərbaycandan Naxçıvana gedən yolu təmin etməyə bilmərik, çünki Azərbaycan buna hərbi yolla nail olmağa çalışacaq və bizim qarşıdurma üçün resursumuz yoxdur”.
Qeyd edək ki, bu gün Soçidə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş baş tutacaq. Görüşdə kommunikasiyaların açılması məsələsinin də gündəmdə olması gözlənilir.
 

DİGƏR XƏBƏRLƏR

Top