Türkiyədə PKK ilə əlaqəsi olan 17 nəfər saxlanılıb


Türkiyə təhlükəsizlik qüvvələri Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 17 nəfəri saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.
Bildirilir ki, həbslər ölkənin cənubundakı Adana vilayətində PKK-ya qarşı aparılan istintaq zamanı edilib. Reydlər Adana prokurorluğunun çıxardığı əmr əsasında həyata keçirilib. Saxlanılan şəxslər yerli polis bölmələrinə aparılıb.
Onların PKK adından fəaliyyətlər həyata keçirdikləri, sosial şəbəkələrdə bu təşkilatı təbliğ etdikləri bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top