Kuzbassda baş verən partlayışda 52 nəfər həlak olub


İlkin məlumatlara görə, Rusiyanın Kuzbass vilayətində Listvyajnaya mədənində baş vermiş partlayış nəticəsində 6 xilasedici də daxil olmaqla 52 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, dünən yerli saatla təxminən saat 08:30-da Belovoda yerləşən müəssisədə tüstülənmə baş verib.
Fövqəladə hadisə baş verən zaman mədəndə 285 nəfər olub, onların əksəriyyəti yerin üstünə çıxarılıb.
Qeyd edək ki, hadisə ilə əlaqədar bölgədə üç günlük matəm elan edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top