16 noyabr hadisələri ilə bağlı erməni hərbçi həbs edilib


Noyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan hadisələr zamanı döyüş mövqeyinin itirilməsi və əsgərin əsir götürülməsi faktı üzrə Ermənistan ordusunda tabor komandiri vəzifəsini icra edən şəxs həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan öz “Facebook” səhifəsində məlumat yayıb.
Bildirilir ki, sərhəddə baş verən son qarşıdurmalar ilə əlaqədar Ermənistan Mərkəzi Hərbi Prokurorluğunda cinayət işi açılıb. Noyabrın 22-də Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (Döyüş vəzifəsi və ya hərbi xidmət qaydalarını pozma) ilə cinayət işi başlanıb.
Başlanan cinayət işi nəticəsində məhkəmə 10 döyüş mövqeyinə cavabdeh olan tabor komandiri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib.
Xatırladaq ki, noyabrın 16-da sərhəddə baş verən qarşıdurmalar zamanı 7 Azərbaycan hərbçisi şəhid olub, 10 nəfər yaralanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top