Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə suyun verilişi dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat paylaşıb.
O bildirib ki, buna səbəb Binəqədi rayonunda magistral xətdə baş vermiş qəzadır:
“Hazırda qəzanın aradan qaldırılması işləri davam edir. Çətin şəraitdə, xüsusi texnikaların və projektorların köməyilə iş başa çatdırılacaq”.