Rusiyada şaxtada qəza baş verdi, ölən və yaralananlar var


Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərində yerləşən “Listvyajnaya” adlı şaxtada qəza baş verib.
Yeniavaz.com RİA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya hökuməti xəbər yayıb. Verilən məlumata görə, şaxtada olan 285 nəfərdən 236-ı çıxarılıb. 1 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Axtarış-xilasetmə tədbirləri davam edir.
 

DİGƏR XƏBƏRLƏR

Top