Fransalı jurnalist “Qalatasaray”ı təhqir etdi, üzr istədi - FOTO


Fransalı jurnalist Romen Kanuti Türkiyənin “Qalatasaray” klubunu təhqir edib. O, daha sonra “Twitter”də paylaşım edərək buna görə üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, hadisə “Marsel”in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qalatasaray”a qarşı keçirəcəyi oyundan əvvəl baş verib.
Jurnalist  “sarı-qırmızılılar”ın simvolu olan aslan heykəlinin üstünə çıxaraq çəkdiyi fotonu sosial şəbəkə hesablarında “aslanı əhliləşdirdim” başlığı ilə paylaşıb.
Daha sonra Kanuti sosial şəbəkədə paylaşım edərək azarkeşlərdən üzr istəyib:
“Dünən axşam mətbuat konfransından əvvəl zarafat hesab etdiyim hərəkətlə həddi aşdığımın fərqinə vardım. Buna görə “Qalatasaray” azarkeşlərindən üzr istəyirəm”.
Qeyd edək ki, bu gün oynanılacaq “Qalatasaray” – “Marsel” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top