İranın birinci kanalı Ermənistanla bağlı silsilə verilişlər yayımlayacaq


İranın birinci kanalı "IRIB TV1" Ermənistana müxtəlif hadisələrlə dolu səyahətdən bəhs edən verilişlər yayımlayacaq.
Yeniavaz.com
“Pars Today”ə istinadən xəbər verir ki, bir sıra proqramlar zamanı iki ölkənin mədəni oxşar və fərqli cəhətləri təqdim olunacaq.
Verilişlərdə həmçinin Ermənistan vətəndaşlarının İran və iranlılara olan münasibəti də təqdim olunacaq.
Proqramlarda iki ölkə arasında iqtisadi əməkdaşlıq, İran mallarının Ermənistan vasitəsilə Avrasiya İqtisadi İttifaqı bazarına daxil olması ilə bağlı ekspert və diplomatların fikirlərinə də yer ayrılacaq.
Qeyd edək ki, verilişin ilk buraxılışı artıq noyabrın 23-ü axşam saatlarında yayımlanıb.

DİGƏR XƏBƏRLƏR

Top