“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün kömək istəyib”


“Rusiya İrəvan və Ankara arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Ermənistanın İrəvan və Ankara arasında vasitəçilik etməsi üçün Rusiyaya müraciət etdiyini təsdiqləyib. Zaxarova Rusiyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlı olduğunu və səy göstərdiyini bildirib:
“Ölkəmiz bundan sonra da hər cür töhfə verməyə hazırdır. Bu prosesin başlanması, şübhəsiz ki, regionda vəziyyətin ümumi yaxşılaşmasına, mehriban qonşuluq və etimad mühitinin formalaşmasına kömək edərdi ki, bu da indi xüsusilə vacibdir”.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib ki, erməni tərəfi rusiyalı həmkarları ilə müzakirələr zamanı Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmağa hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top