Müxalifətin növbədənkənar seçki tələb etdiyi Türkiyədə anket nəticələri nə deyir? – Kim öndədir?


Türkiyədə “ORC Araşdırma” şirkəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar keçirilən son sorğusunun nəticələrini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, sorğunun 17-23 noyabr tarixlərində keçirildiyi bildirilir.
Sorğu iştirakçılarına “Bu bazar günü ümumi seçki olsaydı, hansı partiyaya səs verərdiniz?” sualı ilə müraciət edilib.
Elan edilən nəticələrə görə, CHP və İYİ Partiyadan ibarət “Millət İttifaqı” 41,2 %, AKP və MHP-dən ibarət “Cumhur İttifaqı” isə 40% səs toplayıb.
Sorğunun nəticələrini sizə təqdim edirik.
Ədalət və İnkişaf Partiyası (AKP) - 30,9 %
Cümhuriyyət Xalq Partiyası (CHP) - 25,7 %
İYİ Partiya - 15,5 %
Milliyətçi Hərəkat Partiyası (MHP) - 9,1 %
Xalqların Demokratik Partiyası (HDP) - 8,4 %
Demokratiya və Sıçrayış Partiyası (DEVA) - 3,7 %
Gələcək Partiyası - 2,5 %
Səadət Partiyası - 1,3 %
Digər partiyalar -  2,9 %
Qeyd edək ki, türk lirəsinin ABŞ dolları qarşısında sürətlə dəyərdən düşməsinin ardından Türkiyənin aparıcı müxalif partiyaları növbədənkənar seçki tələbilə çıxış ediblər.

DİGƏR XƏBƏRLƏR

Top