5 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı


Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top