Təhsil krediti almaq hüququ olan tələbələrin sayı açıqlandı


Azərbaycanda təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb. 
Yeniavaz.com
xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev nazirliyin brifinqində açıqlayıb. O bildirib ki, Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır: “Onlardan 98 430 nəfəri bakalavriat, 12051-i magistratura, 35892-si subbakalavriat üzrə təhsil alandır. Ödənişli təhsil alan tələbələrdən 20200 nəfəri dövlət hesabına təhsil alır. Onlardan 17500-ü bakalavriat, 1200 magistratura, 1500-ü subbakalavr üzrə təhsil alandır. Təhsil haqqı ödəyən tələblərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavr, 10851-i magistr, 34392 nəfəri subbakalavr üzrə təhsil alır. Onlardan təhsil tələbə krediti almaq hüququ olanlar 56208 tələbədir. Bunlardan 40465 nəfəri bakalavr, 5426 nəfəri magistr, 10317 nəfəri isə subbakalavr üzrə təhsil alan tələbələrdir”.

DİGƏR XƏBƏRLƏR

Top