Türkiyədə etiraz aksiyaları davam edir - VİDEO


Türkiyənin İstanbul, Ankara və İzmir vilayətlərində vətəndaşlar türk lirəsinin sürətlə dəyərdən düşməsinə və qiymət artımlarına etiraz olaraq yenidən küçələrə axışıb.
Yeniavaz.com
xəbər verir ki, İstanbulun Kadıköy rayonunda toplanan qrupa polis müdaxilə edib, bəzi şəxslər saxlanılıb.
İnsanların axınına qarşı Kadıköyün Bahariye küçəsi və ətrafı polis barrikadaları ilə mühasirəyə alınıb.
Qeyd edək ki, türk lirəsinin ABŞ dolları qarşısında sürətlə dəyərdən düşməsi bir neçə gün ərzində Türkiyənin müxtəlif bölgələrində etirazlara səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top