AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzi yaradılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərar AMEA prezidenti Ramiz Mehdiyevin iştirakı ilə keçirilən Rəyasət Heyətinin iclasında qəbul edilib.
Qeyd olunub ki, Tibb Mərkəzinin yaradılması ilə bağlı ilkin sənəd hazırlanıb.
Tibb Mərkəzinin Abşeron rayonunun Saray qəsəbəsində elm və təhsil işçiləri üçün nəzərdə tutulmuş “Science City” yaşayış kompleksində yerləşməsi qərarlaşdırılıb.