Yevlaxda təmizlik işçisini maşın vurdu


Yevlax rayonunda təmizlik işçisini maşın vurub.
Yeniavaz.com
xəbər verir ki, sözügedən hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, yolda təmizlik işi ilə məşğul olan 1957-ci il təvəllüdlü şəhər sakini Bədəlova Solmaz İrşad qızını avtomobil vuraraq xəsarət yetirib.
Yaralı qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top