Əməkdar artist, xanəndə Nigar Şabanova (Qaragözova) sosial şəbəkədə ona təhqir yazan izləyicini polisə şikayət edib.
Yeniavaz.com xəbər verir ki, Əməkdar artist bu barədə öz instaqram hesabında paylaşım edib:
“Bu yaxınlarda instaqramda xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiredici şərhlər yazan şəxsi polisə şikayət etmişdim. Qısa zamanda həmin şərhləri yazan izləyicini tapıb qanuni şəkildə cəzalandırıblar. Hər kəsə təşəkkür edirəm”.