Tumanyan Paşinyanın müşaviri oldu


Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti müvafiq qərarı Ermənistan hökumətinin başçısının imzaladığını bildirib.
Xatırladaq ki, oktyabrın ortalarında Ermənistan prezidenti Armen Sarkisyan bu ölkənin İrandakı səfiri Artaşes Tumanyanı geri çağırıb. Onu Arsen Avakyan əvəzləyib.
1999-2000-ci illərdə Artaşes Tumanyan xarici işlər nazirin birinci müavini, daha sonra prezident administrasiyasının rəhbəri postunu tutub. Bundan əvvəl deputat olub, sonralar isə vergi xidmətinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top