Sahibə Qafarovanın Rusiyaya işgüzar səfəri başladı


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və MDB PA çərçivəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Spikerin tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top